Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan MR-də 2,3 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,9 % çoxdur.
Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,9 % artaraq 4 972 manat olub.
10 aylıq ÜDM-in 0,9 milyard manatlıq hissəsi sənaye məhsulu olub. Bu, illik müqayisədə 1,3 % çoxdur.
Hesabat dövründə bölgədə istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri isə 4,2 % artaraq 431,4 milyon manat təşkil edib.