Bu ilin iyunun 1-nə Naxçıvan MR-in banklarında açılmış hesabların sayı 81 450 olub.
“Report”un yerli
Hesabların 72 107-si və yaxud 88,5%-i aktivdir.
Bu ilin yanvar-may aylarında açılmış 10 969 bank hesabının isə 10 929-u aktiv hesablar olub. Bu, ötən ilin yanvar-may ayları ilə müqayisədə 3 846 hesab və yaxud 54% çoxdur.
Muxtar Respublikada quraşdırılmış POS-terminalların sayı bu ilin iyunun 1-nə 1 276-ya çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 ədəd və yaxud 0,8% çoxdur.