“Naxçıvan Bank”ın depozit portfeli 14 % azalıb

Maliyyə
  • 25 yanvar, 2023
  • 10:59
“Naxçıvan Bank”ın depozit portfeli 14 % azalıb

“Naxçıvan Bank” ASC 2022-ci ili 13,054 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 2,1 dəfə çoxdur.

Ötən il “Naxçıvan Bank”ın gəlirləri 27,101 milyon manat (əvvəlki illə müqayisədə 47,2 % çox), xərcləri 9,89 milyon manat ( 49,4 % çox), xüsusi ehtiyatlara ayırmaları 718 min manat (80,8% az), mənfəət vergisi ödəmələri 3,439 milyon manat (97,3 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Naxçıvan Bank”ın aktivləri 346,463 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,8 % çoxdur. Bunun 167,033 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə kredit portfeli 23,7 % böyüyüb.

Hesabat dövründə “Naxçıvan Bank”ın öhdəlikləri 4,7 % azalaraq 234,275 milyon manata, o cümlədən depozit portfeli 13,8 % azalaraq 155,417 milyon manata düşüb, balans kapitalı isə 14,6 % artaraq 112,188 milyon manata, o cümlədən nizamnamə kapitalı 4,7 % artaraq 94 milyon manata çatıb.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Bankın səhmdarları adları açıqlanmayan 4 fiziki şəxsdir.

44 filmi