“Naxçıvan Bank”ın mənfəəti 3% artıb

“Naxçıvan Bank”ın mənfəəti 3% artıb Bank bu ilin I rübünü 2,24 milyon manat mənfəətlə başa vurub
Maliyyə
20 Aprel , 2021 12:01
“Naxçıvan Bank”ın mənfəəti 3% artıb

“Naxçıvan Bank” ASC bu ilin I rübünü 2,24 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,8% çoxdur.

Yanvar-mart aylarında “Naxçıvan Bank”ın gəlirləri 4,113 milyon manat (illik müqayisədə 3,5% çox), xərcləri 1,44 milyon manat (5,3% çox), xüsusi ehtiyatlara ayırmaları 433 min manat (0,7% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “Naxçıvan Bank”ın aktivləri 268,577 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 17,7% çoxdur. Bunun 118,836 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 16,4% böyüyüb.

Hesabat dövründə “Naxçıvan Bank”ın öhdəlikləri 23,2% artaraq 175,074 milyon manata, o cümlədən depozit portfeli 28,6% artaraq 112,89 milyon manata, balans kapitalı isə 8,6% artaraq 93,504 milyon manata, o cümlədən nizamnamə kapitalı 6,7% artaraq 82,43 milyon manata çatıb.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Bankın səhmdarları 4 fiziki şəxsdir.

Son xəbərlər

Orphus sistemi