“Naxçıvan Bank”ın depozit portfeli 60 %-ə yaxın azalıb
- 12 yanvar, 2024
- 14:06
Yeniliklərdən dərhal xəbərdar olun!
“Naxçıvan Bank” ASC 2023-cü ili 13,13 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 0,6 % çoxdur.
Ötən il “Naxçıvan Bank”ın gəlirləri 28,083 milyon manat (əvvəlki illə müqayisədə 3,6 % çox), xərcləri 12,952 milyon manat (31 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 1,535 milyon manat (əvvəlki il ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 3,535 milyon manat (2,8 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Naxçıvan Bank”ın aktivləri 206,209 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 40,5 % azdır. Bunun 125,241 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə kredit portfeli 25 % kiçilib.
Hesabat dövründə “Naxçıvan Bank”ın öhdəlikləri 38,4 % azalaraq 144,255 milyon manata, o cümlədən depozit portfeli 59,2 % azalaraq 63,419 milyon manata, balans kapitalı 44,8 % azalaraq 61,954 milyon manata, nizamnamə kapitalı isə 52,3% azalaraq 44 milyon manata düşüb.
Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Bankın səhmlərinin 63,66 %-i Hüseyn Məmmədova, 26,52 %-i Rüfət Məmmədova, 9,82 %-i isə Binnət Novruzova məxsusdur.