“Naxçıvan Bank” 9 ayı mənfəətlə başa vurub

Maliyyə
  • 21 oktyabr, 2022
  • 13:07
“Naxçıvan Bank” 9 ayı mənfəətlə başa vurub

“Naxçıvan Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 12,441 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 5,924 milyon manat xalis mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, 9 ay ərzində “Naxçıvan Bank”ın gəlirləri 19,323 milyon manat (illik müqayisədə 46,8 % çox), xərcləri 6,408 milyon manat (40 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 473 min manat (72,2 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Naxçıvan Bank”ın aktivləri 343,202 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,1 % çoxdur. Bunun 165,689 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə kredit portfeli 37,4 % böyüyüb.

Hesabat dövründə “Naxçıvan Bank”ın öhdəlikləri 11 % artaraq 234,724 milyon manata, o cümlədən depozit portfeli 7,4 % artaraq 161,232 milyon manata, balans kapitalı isə 11,3 % artaraq 108,478 milyon manata, o cümlədən nizamnamə kapitalı 14 % artaraq 94 milyon manata çatıb.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Bankın səhmdarları adları açıqlanmayan 4 fiziki şəxsdir.

44 filmi