Yanvarın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclası keçirilib.
"Report" xəbər verir ki, toplantıda Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında layihə, Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcə layihəsi və İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcə lahiyəsi müzakirə olunub.
Müzakirələrdən sonra büdcə layihələrinin altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasına təqdim olunması üçün qərar qəbul edilib.
Qeyd edək ki, bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib. Sessiyada 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub, Naxçıvan Muxtar Respublikasının 2023-cü il üzrə dövlət büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələri təsdiqlənib.