Nağd bitkoin bir günə 60%-dən çox bahalaşıb

Nağd bitkoin bir günə 60%-dən çox bahalaşıb "Bitcoin Cash" 635,38 ABŞ dollarına bərabər olub
Maliyyə
19 Avqust , 2017 10:20
Nağd bitkoin bir günə 60%-dən çox bahalaşıb

Bakı. 19 avqust. REPORT.AZ/ Bitkoin – virtual kriptovalyutasının nağd forması – “Bitcoin Cash” bir günə 63,65% bahalaşaraq 635,38 ABŞ dollarına bərabər olub.

Bu barədə “Report” “Coinmarketcap” ticarət meydançasına istinadən xəbər verir.

Xatırladaq ki, bitkoinin nağd forması dövriyyəyə bu ayın əvvəlindən buraxılıb və onun qiyməti adi bitkoində olduğu kimi sürətlə artır. Bitkoinin nağdsız forması isə hazırda 4 min dollardan bahadır.

2009-cu ildə satışa buraxılmış bitkoinin kapitallaşması hazırda 67,5 mlrd. dollar təşkil edir. Dövriyyədə 16,5 mln. bitkoin var. 

Son xəbərlər

Orphus sistemi