MÜSİAD rəsmisi: "Azərbaycanla ticarətdə artım Zəngəzur dəhlizinə bağlıdır"

MÜSİAD rəsmisi: "Azərbaycanla ticarətdə artım Zəngəzur dəhlizinə bağlıdır" “Zəngəzur dəhlizi açılsa, Türkiyənin Azərbaycan da daxil olmaqla Qafqaz ölkələri, eləcə də Orta Asiyadakı türkdilli ölkələrlə nəqliyyat əlaqələri yaxşılaşacaq, bu isə ticarət əməliyyatlarını daha rahat aparmağa imkan verəcək”.
Biznes
1 Dekabr , 2021 16:02
MÜSİAD rəsmisi: Azərbaycanla ticarətdə artım Zəngəzur dəhlizinə bağlıdır

“Zəngəzur dəhlizi açılsa, Türkiyənin Azərbaycan da daxil olmaqla Qafqaz ölkələri, eləcə də Orta Asiyadakı türkdilli ölkələrlə nəqliyyat əlaqələri yaxşılaşacaq, bu isə ticarət əməliyyatlarını daha rahat aparmağa imkan verəcək”.

"Report" xəbər verir ki, bunu “Anadolu Agentliyi"nə açıqlamasında Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Konya şöbəsinin rəhbəri Mehmet Hilmi Kağnıcı deyib.

"Təxminən 3 illik fasilədən sonra bu yaxınlarda Azərbaycana yenidən səfər etdim və Bakda keçirilmiş 25-ci Beynəlxalq Biznes Forumda 33 nəfərlik nümayəndə heyəti ilə təmsil olunduq, bir sıra müsəlman ölkələrinin iş adamları ilə görüşmək, eləcə də 3 il əvvəlki Azərbaycanla indiki Azərbaycan arasında müqayisə aparmaq imkanı əldə etdik.

Azərbaycanla Türkiyə arasında ticarətin artması Zəngəzur dəhlizinə bağlıdır. Hazırda iki ölkə arasında ticarət üçün böyük potensial olsa da, birbaşa bağlantının olmaması ilə bu potensialdan istifadə aşağı səviyyədədir. Məqsədimiz bu dəhliz vasitəsi ilə Qafqaz regionuna açılmaqdır. Bu böyük bazardan alacaqlarımız, orada satacaqlarımız var. Xüsusilə ərzaq və kənd təsərrüfatı məhsulları kimi çox cəlbedici mallar var. Nəqliyyat əlaqələrinin yaxşılaşması ilə lazımi məhsulları daha uyğun qiymətlərlə alacağıq, istehsal etdiyimiz məhsulları isə daha uyğun qiymətlərlə satacağıq. Bunu həm Azərbaycan rəsmiləri, həm də Azərbaycan xalqı istəyir", - deyə o qeyd edib.

"Türkiyə olaraq siyasi-hərbi baxımdan bir bölgəyə yerləşdikdən sonra iş adamlarının da həmin bölgəyə yerləşməsi lazımdır. İqtisadi əlaqələrimizin inkişaf etdirilməsi üçün iş adamları da səy göstərməlidir. Bunun üçün yaxın vaxtlarda Azərbaycandan nümayəndə heyəti Konyaya gələcək", - deyə M.H.Kağnıcı əlavə edib.

Son xəbərlər

Orphus sistemi