Mühasibat uçotu sahəsində qarşıda duran yeni vəzifələr müzakirə olunub

Mühasibat uçotu sahəsində qarşıda duran yeni vəzifələr müzakirə olunub Dövlət Vergi Xidməti görüş təşkil edib
Maliyyə
24 May , 2021 17:00
Mühasibat uçotu sahəsində qarşıda duran yeni vəzifələr müzakirə olunub

Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, peşəkar mühasib təşkilatları kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Azərbaycan Gənc Mühasiblər İctimai Birliyi (GMİB) arasında görüş keçirilib.

Bu barədə "Report"a Xidmətdən bildirilib.

Məlumata görə, tədbirdə “Mühasibat uçotu haqqında” qanuna dəyişikliklərin qüvvəyə minməsindən irəli gələn vəzifələr, mühasiblərin peşə fəaliyyətinin inkişafı, peşəkar mühasib sertifikatının əldə edilməsi və bu təşkilata üzv olmasının zəruriliyi, peşəkar mühasib təşkilatlarının apardığı maarifləndirici tədbirlərin əhəmiyyəti və bu istiqamətdə həyata keçirilən fəaliyyət məsələləri müzakirə olunub. Görüş zamanı tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın istiqamətlərinin müəyyən edilməsi, təcrübə mübadiləsi, qanunvericiliyə dəyişikliklərlə bağlı məsləhətləşmələrin aparılması, fəaliyyət prosesində yarana biləcək problemlərin həllində koordinasiyanın təşkili və vahid yanaşma prinsiplərinin tətbiqi ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi