"Muganbank"ın aktivləri illik 13% azalıb

"Muganbank"ın aktivləri illik 13% azalıb Bakı. 23 oktyabr. REPORT.AZ/
Maliyyə
23 Oktyabr , 2017 12:40
Muganbankın aktivləri illik 13% azalıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ “Muganbank” ASC-nin aktivləri illik müqayisədə 12,5% azalaraq 2017-ci il oktyabrın 1-nə 423,923 mln. manat təşkil edib.

“Report” bu barədə Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə müştərilərə verilən kredit və lizinqlərin məbləği isə 3,6% artaraq 334,009 mln. manat olub. Kredit portfelinin 16,1%-ni və ya 53,823 mln. manatını qeyri-standart kreditlər əhatə edib. Bunun da 19,471 mln. manatı qeyri-qənaətbəxş, 10,615 mln. manatı təhlükəli və 23,737 mln. manatı ümidsiz aktivlərdir.

Bankın cəmi öhdəlikləri oktyabrın 1-nə 14,5% azalaraq 365,265 mln. manata çatıb. Bunun 171,257 mln. manatını müştəri hesabları, 186,015 mln. manatını banklardan və digər maliyyə institutlarından cəlb olunmuş vəsaitlər, 2,999 mln. manatını borc qiymətli kağızları təşkil edib. Cari il oktyabrın 1-nə Bankın cəmi kapitalı illik 1,5% artaraq 58,658 mln. manat təşkil edib.

Cari ilin üç rübü ərzində isə "Muğanbank" 4,627 mln. manat zərər edib. Ötən ilin eyni dövründə isə əksinə, Bank 90,8 min manat mənfəətlə işləyib. Cari il oktyabrın 1-nə əsasən, Bankın bölüşdürülməmiş xalis zərəri 17,868 mln. manat təşkil edib. Qeyd edək ki, ötən ilin müvafiq dövrünü isə Bank bölüşdürülməmiş xalis mənfəətlə (1,255 mln. manat) başa vurub.

Bankın səhmdarları Elmir Maqbet oğlu Mehdiyev (63,50%), Vəfa Əhməd qızı Vəliyeva (12,05%), Maqbet Rəhim oğlu Mehdiyev (13,10%) və Fəridə Cahandar qızı Mehdiyevadır (11,35%).

Son xəbərlər

Orphus sistemi