"Muğanbank"ın aktivləri 17% azalıb

"Muğanbank"ın aktivləri 17% azalıb Bakı. 26 aprel. REPORT.AZ/ "Muğanbank" ASC-nin aktivləri illik müqayisədə 16,5% azalaraq bu il aprelin 1-nə 465,365 mln. manat təşkil edib."Report"...
Maliyyə
26 Aprel , 2017 10:21
Muğanbankın aktivləri 17% azalıb

Bakı. 26 aprel. REPORT.AZ/ "Muğanbank" ASC-nin aktivləri illik müqayisədə 16,5% azalaraq bu il aprelin 1-nə 465,365 mln. manat təşkil edib.

"Report" bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Son 1 ildə "Muğanbank"ın kredit portfeli bu müddətdə 4,9% azalaraq 336,336 mln. manata düşüb. Portfelin 47,887 mln. manatını və yaxud 14,4%-ni qeyri-standart kreditlər təşkil edib. 

Hesabat dövründə kredit təşkilatının cəmi öhdəlikləri 19,5% azalaraq 401,565 mln. manat, cəmi kapitalı isə 9,6% artaraq 63,8 mln. manat olub. 

Bank bu ilin I rübündə 515 min manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% çoxdur. 

Son xəbərlər

Orphus sistemi