“Muğanbank” 3 mln. manata yaxın zərər edib

“Muğanbank” 3 mln. manata yaxın zərər edib Bakı. 27 iyul. REPORT.AZ/ “Muğanbank” ASC-nin aktivləri illik müqayisədə 19,4% artaraq 2018-ci il iyulun 1-nə 486 363 min manata çatıb.
Maliyyə
27 İyul , 2018 10:35
“Muğanbank” 3 mln. manata yaxın zərər edib

Bakı. 27 iyul. REPORT.AZ/ “Muğanbank” ASC-nin aktivləri illik müqayisədə 19,4% artaraq 2018-ci il iyulun 1-nə 486 363 min manata çatıb.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə müştərilərə verilən kreditlərin həcmi 12,9% artaraq bu il iyulun 1-nə 370 363 min manat təşkil edib.

Cəmi öhdəliklər illik 22,2% artaraq 420 121 min manat, o cümlədən müştəri hesabları 37,8% artaraq 230 846 min manat olub. 2018-ci il iyulun 1-nə bankın nizamnamə kapitalı 85 000 min manat manat, cəmi kapitalı 66 242 min manat təşkil edib.

Bank 2018-ci ilin birinci yarısında 2 775 min manat zərər edib. Xatırladaq ki, 2017-ci ilin birinci yarısında isə bank 239 min manat mənfəət əldə etmişdi. 

Son xəbərlər

Orphus sistemi