“Muğan Bank” nizamnamə kapitalını 5 % artırır

“Muğan Bank” nizamnamə kapitalını 5 % artırır Bank kapitalını daha 5 milyon manat və yaxud 4,9 % artıraraq 102,5 milyon manatdan 107,5 milyon manata çatdıracaq
Maliyyə
18 Mart , 2021 10:02
“Muğan Bank” nizamnamə kapitalını 5 % artırır

“Muğan Bank” ASC nizamnamə kapitalını daha 5 milyon manat və yaxud 4,9 % artıraraq 102,5 milyon manatdan 107,5 milyon manata çatdıracaq.

“Report” bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, bu barədə qərar “Muğan Bank”ın səhmdarlarının martın 11-də keçirilmiş növbəti ümumi yığıncağında qəbul edilib. Məqsəd Bankın kapital mövqeyinin möhkəmləndirilməsidir.

Kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 200 manat olan 25 000 yeni adi, sənədsiz, adlı səhm buraxılacaq. Qiymətli kağızları Bankın mövcud səhmdarları alacaq.

Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 66,17%-i Elmir Mehdiyevə (Müşahidə Şurasının sədri), 12,14 %-i Maqbet Mehdiyevə, 11,17 %-i Vəfa Vəliyevaya, 10,52 %-i isə Fəridə Mehdiyevaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi