"Muğan Bank"ın zərəri 7 dəfə artıb

"Muğan Bank"ın zərəri 7 dəfə artıb Muğan Bank ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 524,083 milyon manat təşkil edib.
Maliyyə
100
30 Aprel , 2019 21:17
Muğan Bankın zərəri 7 dəfə artıb

"Muğan Bank" ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 524,083 milyon manat təşkil edib.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 7,1% çoxdur.

"Muğan Bank"ın aktivlərinin 364,844 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 6,5% böyüyüb.

Hesabat dövründə "Muğan Bank"ın cəmi öhdəlikləri 8,4% artaraq 457,361 milyon manata, o cümlədən depozit portfeli 9,1% artaraq 246,943 milyon manata çatıb, Bankın cəmi kapitalı isə 0,7% azalaraq 66,723 milyon manata düşüb.

Bu ilin I rübündə "Muğan Bank"ın faiz gəlirləri 10,305 milyon manat (ötən ilin I rübünə nisbətən 14,6% çox), faiz xərcləri 6,239 milyon manat (2,6% çox), qeyri-faiz gəlirləri 3,959 milyon manat (25,7% çox), qeyri-faiz xərcləri 6,688 milyon manat (14% çox), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları isə 14,601 milyon manat (7,3 dəfə çox) təşkil edib. Son nəticədə Bank rübü 13,264 milyon manat zərərlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 dəfə çoxdur.

Xatırladaq ki, "Muğan Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 95 milyon manatdır. Bankın səhmlərinin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyevaya, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi