“Moody's”: “Xalq Bank”ın problemli kreditləri 2 dəfədən çox azalıb"

Maliyyə
  • 09 avqust, 2022
  • 13:46
“Moody's”: “Xalq Bank”ın problemli kreditləri 2 dəfədən çox azalıb
google.az

“Moody's Investors Service” beynəlxalq reytinq agentliyi “Xalq Bank” ASC-nin əsas kredit reytinqini (BCA) "b3"dən "b2"yə, uzunmüddətli depozit reytinqini isə "B2"dən "B1"ə yüksəldib.

"Report" xəbər verir ki, bu barədə "Moody's"in məlumatında deyilir.

Bu reytinqlər, agentliyin Azərbaycan bankları üçün əməliyyat mühitinin 12-18 ay ərzində yaxşılaşacağına dair fikirlərini əks etdirir, bunu isə Azərbaycanın suveren reytinqinin yüksəldilməsi sübut edir.

"Bankın BCA reytinqinin "b3"dən "b2"yə yüksəldilməsi onun aktivlərinin keyfiyyətinin yaxşılaşması ilə yanaşı kapital adekvatlığının sabit səviyyəsini əks etdirir", - məlumatda deyilir

Bankın yerli və xarici valyutada uzunmüddətli bank depozit reytinqlərinin "B2"dən "B1"ə yüksəldilməsi həm bankın kredit qabiliyyətinin yaxşılaşması, həm də "Moody's"in Azərbaycan hökumətindən banka orta səviyyədə dəstək gözlədiyini əks etdirir.

“Xalq Bank”ın vaxtı keçmiş kreditlərinin ümumi kredit portfelinə nisbəti, dövlət dəsətək proqramı, koronavirus pandemiyasının zəifləyən təsiri və iş mühitinin yaxşılaşdırılması nəticəsində 2020-ci ildəki 12,8 %-dən 2021-ci ilin sonunda 5,8 %-ə düşüb.

Bankın maddi adi kapitalının (TCE) risklə ölçülmüş aktivlərə (RWA) nisbəti 2021-ci ilin sonunda 21 % təşkil edib ki, bu da, möhkəm kapitallaşma və 19 %-lik yüksək kapital-ümumi aktivlər nisbəti ilə dəstəklənir. Bu, banka istənilən gözlənilməz kredit itkilərini ödəmək üçün yaxşı bufer təmin edir.

Bununla belə, 2021-ci ilin sonunda 1,2 %-lik xalis mənfəət əmsalı ilə “Xalq Bank”ın mənfəətliliyi, nisbətən aşağı xalis faiz marjası (2021-ci ilin sonunda 3,3 %) və nisbətən yüksək məsrəf-gəlir nisbəti ilə məhdudlaşır (2021-ci ildə 65 %),” - "Moody's" bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti