"Moody's" Türkiyənin iqtisadi artım proqnozunu kəskin artırıb

"Moody's" Türkiyənin iqtisadi artım proqnozunu kəskin artırıb Agentlik 2018-ci ildə iqtisadiyyatın 3,2% artacağını proqnozlaşdırır
Maliyyə
31 Avqust , 2017 11:20
Moody's Türkiyənin iqtisadi artım proqnozunu kəskin artırıb

Bakı. 31 avqust. REPORT.AZ/ "Moody's" Beynəlxalq Reytinq Agentliyi Türkiyənin 2017-ci il üçün iqtisadi artım proqnozunu 2,6%-dən 3,7%-ə yüksəldib. 

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Moody's" agentliyinin icmal proqnozunda bildirilib. Hesabatda həmçinin qeyd olunub ki, Türkiyə iqtisadiyyatının 2018-ci ildə 2,9% deyil, 3,2% artacağı proqnozlaşdırılır.

Agentlik Türkiyənin 2016-cı ilin sonuncu rübündən iqtisadi artıma keçdiyini və bunun bu ilin ilk yarısında da davam etdiyini xatırladıb. Eksperlər proqnozun artırlmasına səbəb olaraq Rusiya və İsraildən gələn turistlərin sayının kəskin artması, iqtisadiyyatın stimullaşdırılmasının sürətlənməsi, vergi dərəcələrinin azaldılması, Avropa İttifaqına ixracın artması amillərini göstərirlər.

Son xəbərlər

Orphus sistemi