"Moody's" Rusiyanın kredit reytinqi üzrə proqnozunu artırıb

"Moody's" Rusiyanın kredit reytinqi üzrə proqnozunu artırıb Əsas 3 beynəlxalq reytinq agentliyinin proqnozu "stabil"dir
Maliyyə
20 Fevral , 2017 11:02
Moody's Rusiyanın kredit reytinqi üzrə proqnozunu artırıb

Bakı. 20 fevral. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyi Rusiyanın dövlət istiqrazlarının reytinqini "Ba1" səviyyəsində təsdiqləyib, proqnozu isə "neqativ"dən "stabil"ə yüksəldib.

"Report" xəbər verir ki, Agentlik öz qərarını Rusiyanın 3 illik büdcə konsolidasiyası strategiyası tərtib etməsi ilə izah edərək bildirib ki, hökumətin bu addımı büdcənin neft-qaz gəlirlərindən asılılığını əhəmiyyətli dərəcədə azaldacaq. Nəticədə, Rusiya əlavə neft-qaz gəlirlərindən beynəlxalq ehtiyatların artırılması üçün istifadə edəcək. "Moody's" Rusiya iqtisadiyyatının 2 illik durğunluqdan sonra bərpa olunduğunu qeyd edir. O, Rusiyanın ÜDM-in artım potensialını 1,5-2% diapazonunda qiymətləndirib.

Xatırladaq ki, "S&P" beynəlxalq reytinq agentliyi isə ötən ilin sentyabr ayında Rusiyanın kredit reytinqi üzrə proqnozunu "stabil"ə yüksəldib. Agentliklərdən yalnız "Fitch" Rusiyaya investisiya oluna bilən ölkə səviyyəsində reytinq verib və proqnozu ötən ilin oktyabrında "stabil"ə yüksəldib.

Son xəbərlər

Orphus sistemi