“Moody's” qlobal iqtisadi artım proqnozunu azalma ilə əvəz edib

“Moody's” qlobal iqtisadi artım proqnozunu azalma ilə əvəz edib Moody's beynəlxalq reytinq agentliyi koronavirus (COVID-19) infeksiyasının yayılmasını nəzərə alaraq bu il üçün qlobal iqtisadi artım proqnozunu azalma ilə əvəz edib.
Maliyyə
197
28 Mart , 2020 15:21
“Moody's” qlobal iqtisadi artım proqnozunu azalma ilə əvəz edib

"Moody's" beynəlxalq reytinq agentliyi koronavirus (COVID-19) infeksiyasının yayılmasını nəzərə alaraq bu il üçün qlobal iqtisadi artım proqnozunu azalma ilə əvəz edib.

“Report” xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir. 

Xatırladaq ki, "Moody's” 2020-ci ildə dünya iqtisadiyyatının 2,6% böyüyəcəyini proqnozlaşdırırdı. Hazırda isə qurum bu il 0,5% qlobal iqtisadi kiçilmə gözlədiyini bəyan edir.  

Agentlik hesab edir ki, koronavirus dünya iqtisadiyyatına görünməmiş zərbə vuracaq. Aparıcı mərkəzi bankların və hökumətlərin qəbul etdiyi qərarlara baxmayaraq, bir sıra iqtisadiyyatlarda baş verən ciddi azalmalar, maliyyə bazarlarındakı dalğalanmalar,  2008-2009-cu illərdəki qlobal iqtisadi böhran dövrünü xatırladan vəziyyət yaradıb. 

Yeri gəlmişkən, indiyə qədər ABŞ iqtisadiyyatının 2,3% böyüyəcəyini proqnozlaşdıran "Moody's” bu rəqəmi 2%-ə, Çin iqtisadiyyatının artım göstəricisi proqnozunu isə 5,1%-dən 3,3%-ə endirib. Koronavirusdan ciddi əziyyət çəkən İtaliyada isə iqtisadiyyatın bu il 2,7% kiçiləcəyi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi