Aİ ilə ticarət razılığının olmaması İngiltərənin vəziyyətini pisləşdirir

Aİ ilə ticarət razılığının olmaması İngiltərənin vəziyyətini pisləşdirir “Moody's”: Ölkədə iqtiadi artım gözləniləndən daha zəif olacaq
Maliyyə
397
17 Oktyabr , 2020 11:44
Aİ ilə ticarət razılığının olmaması İngiltərənin vəziyyətini pisləşdirir

“Moody's” beynəlxalq kredit reytinq agentliyi İngiltərənin kredit reytinqini "Aa2"dən "Aa3" səviyyəsinə endirib.

"Report" xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, reytinq üzrə proqnoz “Neqativ”dən “Sabit”ə dəyişdirilib.

“Moody's” bəyan edib ki, İngiltərədə koronavirus pandemiyasının təsiri ilə iqtisadi artımın gözləniləndən daha zəif olacaq, xüsusən ölkənin Avropa İttifaqından (Aİ) çıxma qərarı və Aİ ilə ticarət razılığının əldə olunmaması vəziyyəti daha da pisləşdirir.

Son xəbərlər

Orphus sistemi