“Moody's”: "FED dərəcəsi 2023-cü ildə 5%-i keçməyəcək"

“Moody's”: "FED dərəcəsi 2023-cü ildə 5%-i keçməyəcək" “Moody's Investors Service” beynəlxalq reytinq agentliyi yanvar və mart aylarında, eləcə də dekabrda ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsinin 25 baza bəndi artacağını (4,25-4,5%-ə qədər) gözləyir.
Maliyyə
28 Yanvar , 2023 01:53
“Moody's”: FED dərəcəsi 2023-cü ildə 5%-i keçməyəcək

“Moody's Investors Service” beynəlxalq reytinq agentliyi yanvar və mart aylarında, eləcə də dekabrda ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsinin 25 baza bəndi artacağını (4,25-4,5%-ə qədər) gözləyir.

“Report”un məlumatına görə, bu barədə “Moody's Analytics”in hesabatında deyilir.

“Beləliklə, 2023-cü ildə federal fondların dərəcəsi ilə bağlı proqnozumuz 5%-dən aşağı olaraq qalır. FED-in 2024-cü ildə keçiriləcək ilk iclasda dərəcələri endirməzdən əvvəl onu bu səviyyədə saxlayacağını gözləyirik. Bu, əvvəlki baza ssenari ilə müqayisədə bir qədər daha ehtiyatlı proqnozdur”, - məlumatda deyilir.

“Moody's”in analitikləri hesab edirlər ki, FED inflyasiya ilə mübarizəyə sadiq qaldığı üçün faiz dərəcələri 2023-cü ilin əvvəlində artmağa davam edəcək.

“Bununla belə, siyasətçilər dekabr ayında keçirilən FOMS iclasında federal fondların dərəcəsi üçün hədəf diapazonunu 425-450 baza bəndinə yüksəltməklə artım tempini 50 baza bəndinə qədər yavaşladıb. Yavaşlama inflyasiyanın yavaşladığını göstərən siqnallardan sonra baş verir ki, bunu da ilk növbədə istehlak qiymətləri indeksi hesabatının ardıcıl olaraq noyabr və dekabr aylarında gözləniləndən daha yaxşı olması göstərir. Yanvar ayı üçün proqnozda əsas dərəcə ilə bağlı fərziyyələrimiz əvvəlki baza vəziyyətinə bənzəyir”, - hesabatda vurğulanır.

“Moody's” hesab edir ki, pul-kredit siyasəti 2025-ci ilin sonuna, federal fondların faiz dərəcəsi neytral məzənnəyə qayıdana qədər məhdud olaraq qalacaq. Baza proqnozu “Moody's”in təklif tərəfdən sarsıntılar, enerji bazarları, mənzil bazarı və ABŞ-ın əmək bazarının şərtləri səbəbindən inflyasiya təzyiqlərinin il ərzində azalacağını gözlədiyini əks etdirir.

Son xəbərlər

Orphus sistemi