“Moody's Böyük Britaniyanın reytinqini endirib

“Moody's Böyük Britaniyanın reytinqini endirib Əvəzində reytinq üzrə proqnoz “Mənfi”dən “Sabit”ə dəyişdirilib
Maliyyə
23 Sentyabr , 2017 13:40
“Moody's Böyük Britaniyanın reytinqini endirib

Bakı. 23 sentyabr. REPORT.AZ/ “Moody's” – beynəlxalq reytinq agentliyi Böyük Britaniyanın kredit reytinqini “Aa1” səviyyəsindən “Aa2” səviyyəsinə endirib.

“Report” xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Əvəzində reytinq üzrə proqnoz “Mənfi”dən “Sabit”ə dəyişdirilib.

“Moody's” hesab edir ki, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi (“Brexit”) dövlətin maliyyə imkanlarını zəiflədib: “Bundan başqa, iqtisadi geriləmə fonunda hökumətə qarşı siyasi və sosial təzyiqlərin artacağı gözlənilir. Çünki 2015-ci ildən başlayaraq hökumət büdcə xərclərini, o cümlədən sosial təminat xərclərini azaltmağa başlayıb”, - deyə agentlik bəyan edib.

Maraqlıdır ki, maliyyə imkanları məhdudlaşan rəsmi London Şimali İrlandiyaya xərcləri 1 mlrd. funsterlinq artırıb. Mütəxəssislər hesab edir ki, hökumətin büdcə kəsrini 2022-ci ilə qədər ümumi daxili məhsulun (ÜDM) 1%-nə endirmək (hazırda bu nisbət 3-3,5%-dir) qərarı kağız üzərində qalacaq.

Xatırladaq ki, “Moody's” Böyük Britaniyanın kredit reytinqinə sonuncu dəfə 2013-cü ilin fevral ayında baxıb. Həmin vaxt reytinq “Aaa” səviyyəsindən “Aa1” səviyyəsinə endirilib. Reytinq üzrə proqnoz isə “Sabit” olub. 2016-cı ildə, “Brexit”dən sonra isə “Moody's” reytinq üzrə proqnozu “Sabit”dən “Mənfi”yə dəyişmişdi. 

Son xəbərlər

Orphus sistemi