"Moody's": "Bank Respublika"nın kapital adekvatlığı əmsalı 12-18 ay ərzində sabit olacaq"
- 09 avqust, 2022
- 14:58
“Moody's Investors Service” beynəlxalq reytinq agentliyi “Bank Respublika” ASC-nin əsas kredit reytinqini (BCA) "b3", həmçinin uzunmüddətli depozit reytinqini “B3” səviyyəsində tədiqləyib.
"Report" xəbər verir ki, bu barədə "Moody's"in məlumatında deyilir.
“Bankın həm BCA-in, həm də depozit reytinqlərini təsdiqlənməsi onun davamlı aktiv keyfiyyətini və nisbətən zəif kapitalla idarə olunan qənaətbəxş likvidlik buferlərini əks etdirir", - məlumatda deyilir.
"Moody's" hesab edir ki, “Bank Respublika”nın ilk öncə kiçik və orta sahibkarlığın (KOB) kreditləşməsinə və təminatsız istehlak kreditləşməsinə diqqət yetirməsinə baxmayaraq, onun problemli kreditlərinin ümumi kreditlərinə nisbəti 2021-ci ilin sonunda əvvəlki ildəki 7,1 %-dən 2 %-ə enib: "Bu, daha güclü anderraytinq standartları, yüksək neft qiymətləri ilə dəstəklənəcək sabit USD/AZN məzənnəsi və pandemiyadan sonra Azərbaycanda ev təsərrüfatlarına, sahibkarlara və KOM-lara təmin edilən dövlət dəstəyinin miqyası ilə əlaqələndirilir".
Bununla belə, reytinq agentliyi bankın kredit itkilərinin yüksək olaraq qalacağını və problemli kreditlərin yaxın gələcəkdə müəyyən dəyişkənlik nümayiş etdirəcəyini, lakin BCA üçün normal diapazonda olacağını gözlənilir.
“Bank Respublika”nın rentabelliyi 2021-ci ildə 81 %-lik xərc-gəlir və 0,8 %-lik xalis mənfəət nisbəti ilə zəif səmərəliliklə məhdudlaşır. Bankın adekvatlıq kapitalı əmsalı (TCE) qlobal və yerli əmsalları ilə müqayisədə zəifdir və 2020-ci ildəki 14,5 %-dən 2021-ci ildə 9,6 %-ə enib.
Bu, 2021-ci ildə kreditlər və avanslarda 59 % artımın ardınca, bankın riskli aktivləri böyüyüb", - məlumatda deyilir.
Reytinq agentliyi bankın TCE nisbətinin növbəti 12-18 ay ərzində sabit qalacağını gözləyir, çünki bölüşdürülməmiş mənfəət kapitalın yaradılmasını dəstəkləyərək yüksək riskli aktivlərin təsirini tənzimləyəcək.
"Yüksək kredit artımına uyğun olaraq bankın likvid aktivlərinin nisbəti 2020-ci ildəki 42 %-dən 2021-ci ildə 27 %-ə enib. Biz, maliyyələşdirmə və likvidliyin cari səviyyədə sabitləşəcəyini gözləyirik”, - agentlik qeyd edib