“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli emitent və təminatsız borclar üzrə reytinqini "Ba2" səviyyəsində təsdiq edib.
"Report" bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, qurum reytinq üzrə proqnozunu isə "Sabit"dən "Müsbət"ə dəyişdirib.
"Bu proqnoz “Moody’s”in ölkədə idarəetmənin, xüsusilə də siyasi idarəetmənin yaxşılaşmasını qiymətləndirməsini, həmçinin aşağı səviyyədə olsa da hökumətin dayanıqlı kredit profilini əks etdirir. Xüsusilə monetar və mikro siyasət çərçivəsində bank sektorunun şoklara qarşı davamlılığını artırmaq məqsədi ilə sabitliyin təşviqi, fiskal buferlərdən effektiv istifadə hökumətin maliyyə və borc göstəricilərindəki pisləşmənin qarşısını ala bilər", - deyə agentlik bəyan edib.