“Moody's”: Azərbaycanın bank sektoru mülayim iqtisadi şoklara tab gətirmək gücündədir

“Moody's”: Azərbaycanın bank sektoru mülayim iqtisadi şoklara tab gətirmək gücündədir Azərbaycan, Qazaxıstan və Özbəkistanın bank sistemləri mülayim iqtisadi şoklara tab gətirməyə imkan verən buferlər yaratmaqla öz mövqelərini möhkəmləndiriblər.
Maliyyə
21 aprel 2025 15:51
“Moody's”: Azərbaycanın bank sektoru mülayim iqtisadi şoklara tab gətirmək gücündədir

Azərbaycan, Qazaxıstan və Özbəkistanın bank sektorları mülayim iqtisadi şoklara tab gətirməyə imkan verən buferlər yaratmaqla öz mövqelərini möhkəmləndiriblər.

“Report” bu barədə beynəlxalq reytinq agentliyi “Moody's”in hesabatına istinadən xəbər verir.

Agentlik bəyan edib ki, son illər regionun ən böyük iqtisadiyyatları - Azərbaycan, Qazaxıstan və Özbəkistan şaxələndirmə və dayanıqlılığının artırılmasında əhəmiyyətli irəliləyişə nail olublar.

"Bank sektorları mülayim şokların təsirini kompensasiya edə bilən buferlər yaradıblar. Koronavirus (COVID-19) pandemiyasından və 2014-2015-ci illərin valyuta böhranından sonra tənzimləmənin sərtləşdirilməsi də dollarlaşma səviyyəsinin və xarici risklərə qarşı həssaslığın azalmasına kömək edib. Korporativ sektorda iri şirkətlərin - əsasən dövlət şirkətlərinin - dayanıqlılığı güclü maliyyə vəziyyəti, yüksək likvidlik və dövlət dəstəyi ilə təmin edilir. Bu da onlara cari iqtisadi çağırışlarla uğurla mübarizə aparmağa imkan verir", - hesabatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi