​“Moody`s” agentliyi "ABB-Moskva” bankının reytinqini yüksəldib

​“Moody`s” agentliyi "ABB-Moskva” bankının reytinqini yüksəldib Reytinq "Baa2" səviyyəsində, reytinqin proqnozu isə "B3 Pozitiv” səviyyəsində təsdiqlənib
Maliyyə
29 Avqust , 2014 17:00
​“Moody`s” agentliyi ABB-Moskva” bankının reytinqini yüksəldib
Bakı. 29 avqust. REPORT.AZ/ “Moody’s Interfax Rating Agency” agentliyi "ABB-Moskva” bankının milli şkala üzrə reytinqini "Ваа3"-dən "Baa2" səviyyəsinədək artırıb. Bu barədə “Reporta” Azərbaycan Beynəlxalq Bankından məlumat verilib.

Agentlik həmçinin "ABB-Moskva” bankının (Azərbaycan Beynəlxalq Bankının törəməsi, ABB) beynəlxalq şkala üzrə reytinq proqnozunu "B3 Sabit”dən "B3 Pozitiv”ə dəyişib.

“Moody’s” qeyd edir ki, ABB iyul ayında "ABB-Moskva” bankının nizamnamə kapitalına 1,25 mlrd. rubl məbləğində əlavə vəsait daxil edib, bu isə son 5 il ərzində ən mühüm hadisədir.

Həmçinin qeyd olunur ki, son illər "ABB-Moskva” aktivlərin keyfiyyətini yaxşılaşdırıb, öz istiqrazlarının buraxılışı hesabına əsas bankdan asılılığını xeyli azaldıb, bununla belə fondlaşma mənbələrinin gələcək diversifikasiyası strategiyanın əsas hədəflərindəndir.

Son xəbərlər

Orphus sistemi