MM üzvü: "Kiçik biznesin kreditinə təminatın 70 %-ni dövlət verə bilər"

MM üzvü: "Kiçik biznesin kreditinə təminatın 70 %-ni dövlət verə bilər" “Kreditin təminatı ilə bağlı məsələdə kəndlilərin üzərinə az getməliyik"
Maliyyə
25 Fevral , 2021 11:32
MM üzvü: Kiçik biznesin kreditinə təminatın 70 %-ni dövlət verə bilər

“Kreditin təminatı ilə bağlı məsələdə kəndlilərin üzərinə az getməliyik".

“Report” xəbər verir ki, bunu "Pandemiya sonrası perspektivlər: Rəqəmsallaşmaya doğru" mövzusunda onlayn keçirilən 10-cu Azərbaycan Mikromaliyyə Konfransında, Milli Məclisin (MM) İqtisadi Siyasət sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə deyib.

"Burda söhbət yaradılması planlaşdırılan kiçik biznesdən gedir. Həmin insanların girov təqdim etməsi olduqca çətin məsələdir. İqtisadiyyat Nazirliyinin təkliflərinə əsasən, ölkəmizdə fəaliyyət göstərən böyük sahibkarlara 500 milyon manatdan artıq kreditlərin verilməsi ilə girov təminatının 60%-ni dövlət özü həyata keçirməyə başlayıb. Mən təklif edərdim ki, gələcəkdə kiçik sahibkarlıqla bağlı da belə məsələlər ortaya qoyulsun. Yəni, o təminatın 60 %-70 %-ni İpoteka və Kredit Zəmanət Fondu versin.

Burada əslində dövlətin apardığı siyasətin əsas məqsədi odur ki, kiçik və orta sahibkarlıq inkişaf etsin, elə bir mərhələyə çatsın ki, onlar da iri sahibkarlara çevrilsin, bunların isə əsas indikatoru maliyyə təminatının həyata keçirilməsi prosesidir. Bu məsələlərin həll edilməsi ilə bağlı əgər qanunların hansısa birində dəyişiklik etmək, qanunverici bazanı daha da təkmilləşdirməklə bağlı hansısa təşəbbüs olarsa, təmsil olunduğum komitə bu təşəbbüsləri dəstəkləməyə və istənilən qədər fikir mübadiləsi aparmağa hazırdır”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi