​"MilliKart" Prosessinq Mərkəzi "M+" mobil ödəmə həllini təqdim edib

​"MilliKart" Prosessinq Mərkəzi "M+" mobil ödəmə həllini təqdim edib “M+” mobil cihazlar vasitəsi ilə ödəniş kartlarının qəbulu üçün hazırlanmış mobil ödəmə platformasıdır
Maliyyə
25 Sentyabr , 2014 17:44
​MilliKart Prosessinq Mərkəzi M+ mobil ödəmə həllini təqdim edib

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycandakı ikinci böyük prosessinq bürosu olan "MilliKart" bu gün “goSwiff” ilə birlikdə "M+" mobil ödəmə həllini təqdim edib. Bu barədə “Report”a "MilliKart" Prosessinq Mərkəzinin icraçı direktoru Calal Orucov məlumat verilib.

“M+” mobil cihazlar vasitəsi ilə ödəniş kartlarının qəbulu üçün hazırlanmış mobil ödəmə platformasıdır. "Mükəmməl identifikasiya texnologiyası sayəsində “M+” mobil ödəmələr aləmində təhlükəsizliyi yüksək səviyyədə təmin edir. “M+” həllinin universallığı yüksək miqyaslaşdırma ilə fərqlənməyə imkan verir, bu da öz növbəsində həm mikro-ticarət obyektləri olan kiçik biznesin, həm də minlərlə agenti olan böyük biznesin ehtiyaclarına cavab verir. Ən əhəmiyyətli xüsusiyyətlərdən biri budur ki, “M+” ödəniş ekosistemin bütün iştirakçılarını vahid mobil həll ilə təmin edir. Banklar üçün bu, ticarət obyektlərini rəqabətə dayanıqlı həllər ilə təmin etmək, iddialı mPOS strategiyalarını həyata keçirmək, mövcud və gələcək ödəniş sahəsinin problemlərini həll etmək üçün qabaqda olmaq imkanıdır", - deyə Mərkəz rəhbəri bildirib.

Ticarət obyektləri üçün “M+” həllinin gücündən tam istifadə edərək satış həcmlərini artırmaq, istehlakçıları geniş müştəri təcrübəsi ilə təmin etmək, onları sədaqətləri üçün mükafatlandırmaq və nahayət istehlakçılar üçün tam təhlükəsizlik təmin olaraq istədiyi məhsulu istədiyi yerdə almaq və müvafiq məhsullara sadiq qaldıqları üçün mükafat almaq imkanıdır.

C.Orucovun sözlərinə görə, “M+” həlli "Visa" və "MasterCard" ilə kart əməliyyatlarında müştərilərin təhlükəsizlik, rahatlıq və etibarlılıq ehtiyaclarına tam cavab verir: “M+” həllinin üstünlüyü ondan ibarətdir ki, MilliKart öz omni-kanal ödəmə həllini tamamlayacaq və ödənişləri bütün satış kanallarından qəbul edəcəkdir – “online” ödənişlər, mobil ödənişlər və mövcud POS ödənişlər. Bizim üçün rəqiblərimizdən öndə olmaq və nəinki Azərbaycanda, həm də bütün Qafqaz regionunda ilk mobil ödəmə həllinə başlamaq çox həyacanlandırıcıdır”.

Smartfon və ya planşet (iOS və Android), kart oxucu və “M+” əlavəsindən istifadə edərək, kassir kart əməliyyatlarını sürətlə və asanlıqla həyata keçirə bilər. “Apps Store” və “Google Play”dən yüklənən əlavə istənilən mühit, məkan və zamanda əməliyyatların keçirilməsinə imkan verir və ödənişin təsdiqi müştəriyə elektron poçt və ya SMS vasitəsilə göndərilir.

Xatırladaq ki, “goSwiff” öz müştəriləri üçün həm “online”, həm də satış nöqtəsində dəyərlər yaradan innovative mobil ticarət platforması və marketinq xidmətləri təchizatçısıdır.

Son xəbərlər

Orphus sistemi