Azərbaycan manatının dövretmə sürəti azalıb

Azərbaycan manatının dövretmə sürəti azalıb Bakı. 20 dekabr. REPORT.AZ/ Bu ilin noyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 5,59 bənd təşkil edib.
Maliyyə
20 Dekabr , 2018 11:38
Azərbaycan manatının dövretmə sürəti azalıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Bu ilin noyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 5,59 bənd təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 0,12 bənd, yanvarın 1-nə nisbətən 0,04 bənd, ötən ilin oktyabr ayına nisbətən isə 0,28 bənd azdır. 

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb. 

Qeyd edək ki, manatın dövretmə sürəti inflyasiya ilə ÜDM-in hasilinin dövriyyədə olan manat kütləsinə nisbətinə bərabərdir. Oktyabrda manatın dövretmə sürətinin azalması dövriyyədə olan manat kütləsinin (M2 aqreqatı) sentyabr ayı ilə müqayisədə 497 mln. manat və ya 3,7% artması və aylıq inflyasiyanın 0,2% qalması ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi