Milli Məclisin plenar iclasında büdcə müzakirələri başlayıb

Milli Məclisin plenar iclasında büdcə müzakirələri başlayıb Bu gün Milli Məclisin plenar iclası işə başlayıb.
Maliyyə
12 Noyabr , 2019 12:06
Milli Məclisin plenar iclasında büdcə müzakirələri başlayıb

Bu gün Milli Məclisin plenar iclası işə başlayıb.

“Report” xəbər verir ki, iclasa Oqtay Əsədov sədrlik edir.

İclasın gündəliyinə 11 məsələ daxildir.

Bunlar "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında”, “Əmək pensiyaları haqqında”, “Məşğulluq haqqında”, Sosial müavinətlər haqqında” qanun layihələridir. Həmçinin, Vergi Məcəlləsinə dəyişikliklər I oxunuşda müzakirə ediləcək.

Plenar iclas noyabrın 13-14-də də davam edəcək.

Son xəbərlər

Orphus sistemi