Milli Məclisin komitə sədri: "Azərbaycanın xarici dövlət borcu ÜDM-in 18%-nə bərabərdir"

Milli Məclisin komitə sədri: "Azərbaycanın xarici dövlət borcu ÜDM-in 18%-nə bərabərdir" Bakı. 29 noyabr. REPORT.AZ/  Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) özəl sektorun payı 80%-dən çoxdur. 
Maliyyə
29 Noyabr , 2017 14:55
Milli Məclisin komitə sədri: Azərbaycanın xarici dövlət borcu ÜDM-in 18%-nə bərabərdir
Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə / Report/ Orkhan Azim

Bakı. 29 noyabr. REPORT.AZ/  Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) özəl sektorun payı 80%-dən çoxdur. 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar" mövzusunda konfransda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə deyib.

O, həmçinin qeyd edib ki, Azərbaycan xarici dövlət borcunun ÜDM-ə nisbətinin aşağı olması baxımından inkişaf etməkdə olan ölkələr arasında liderdir: "Bu gün Azərbaycanın xarici dövlət borcu ÜDM-in 18%-ə bərabərdir. Bu isə inkişaf etməkdə olan ölkələr arasında ən yaxşı göstəricidir".

Son xəbərlər

Orphus sistemi