Milli Depozit Mərkəzinin xidmət haqları optimallaşdırılıb

Milli Depozit Mərkəzinin xidmət haqları optimallaşdırılıb Mərkəzi Bank tərəfindən kapital bazarının inkişafına dair starteji planda müəyyən edilmiş hədəflərin icrası üzrə davamlı tədbirlər həyata keçirilir. Növbəti tədbir kimi Mərkəzi Bankın İdarə Heyəti Milli Depozit Mərkəzinin (MDM) xidmət haqlarının optimalla
Maliyyə
18 Dekabr , 2020 16:51
Milli Depozit Mərkəzinin xidmət haqları optimallaşdırılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti kapital bazarının inkişafına dair starteji planda müəyyən edilmiş hədəflərin icrası üzrə növbəti tədbir kimi Milli Depozit Mərkəzinin (MDM) xidmət haqlarının optimallaşdırılması barədə qərar qəbul edib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, MDM-in qabaqcıl beynəlxalq təcrübəyə və yerli bazarın xüsusiyyətlərinə uyğun müəyyənləşdirilmiş yeni xidmət haqları kapital bazarında əməliyyat xərclərinin optimallaşdırılmasını və emitentlərin kapital bazarlarına çıxış imkanlarının genişləndirilməsini təmin edəcək.

Yeni tarif planında beynəlxalq təcrübəyə uyğun olaraq bəzi xidmət haqları ləğv edilib, əksər xidmət növləri üzrə haqlar azaldılıb, fond birjasında listinqi stimullaşdıran diferensial tariflər müəyyən edilib. Digər dəyişiklik kimi tənzimlənən bazarın təşviq edilməsi məqsədilə fond birjasında listinqdə olan qiymətli kağızların saxlanılması və mülkiyyətçilərin reyestrinin aparılması xidmətləri üzrə emitentlərdən tutulan tariflər 2 dəfədən çox azaldılıb.

Bundan əlavə, fond birjasında təkrar bazar, marketmeyker və repo əqdləri üzrə investorlardan tutulan tariflər azaldılıb, ipoteka istiqrazı və digər təminatlı istiqrazlar üzrə sərəncamçı xidmətlərindən tutulan tariflər isə optimallaşdırılıb. Yeni tarif planında həm də səhmdarların ümumi yığıncağının təşkili, səhmlər üzrə dividendlərin hesablanması və ödənilməsi, korporasiyalar və beynəlxalq təşkilatların buraxdığı istiqrazlar üzrə isə faizlərin hesablanması və ödənilməsi tariflərinin azaldılmasını nəzərdə tutur.

Yeni tariflərin tətbiqi nəticəsində qiymətli kağızlar bazarında emitentlər və investorlar üçün tarif yükünün optimallaşdırılması və fond birjasında listinqə daxil olan emitentlərin sayının artması proqnozlaşdırılır. Yeni tarif rejimi habelə birjadankənar bazarın kiçilməsi və fond birjasında bağlanan əqdlərin sayının artması fonunda şəffaflıq səviyyəsinin yüksəlməsinə və investorların kapital bazarında iştirak imkanlarının genişləndirilməsinə əhəmiyyətli töhfə verəcək.

MDM-in xidmət haqları ilə http://huquqiaktlar.gov.az/StatementDetails.aspx?statementId=49109 linki vasitəsilə tanış olmaq olar.

Son xəbərlər

Orphus sistemi