Milli Depozit Mərkəzinin xalis mənfəəti cüzi artıb

Milli Depozit Mərkəzinin xalis mənfəəti cüzi artıb Milli Depozit Mərkəzinin (MDM) cəmi aktivləri bu il yanvarın 1-nə 29,478 milyon manat təşkil edib.
Maliyyə
19 İyun , 2019 18:03
Milli Depozit Mərkəzinin xalis mənfəəti cüzi artıb

Milli Depozit Mərkəzinin (MDM) cəmi aktivləri bu il yanvarın 1-nə 29,478 milyon manat təşkil edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 74% çoxdur.

2018-ci ildə MDM-in cəmi öhdəlikləri 2,1 dəfə artaraq 23,26 milyon manata, cəmi kapitalı isə 2,8% artaraq 6,219 milyon manata çatıb.

Ötən il MDM-in əməliyyat gəlirləri 2,597 milyon manat (əvvəlki ilə nisbətən 29,3% az), əməliyyat xərcləri 2,532 milyon manat (31,9% az), maliyyə gəlirləri 169 min manat (6,6% az), digər xərcləri 0,001 milyon manat (1 il bundan əvvəl gəlirlər olub), mənfəət vergisi ödəmələri isə 63 min manat (11,3% az) təşkil edib. Son nəticədə qurum 2018-ci ili 170 min manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 0,6% çoxdur. 

Son xəbərlər

Orphus sistemi