Milli Depozit Mərkəzi mart ayında kupon ödənişlərinin məbləğini açıqlayıb

Milli Depozit Mərkəzi mart ayında kupon ödənişlərinin məbləğini açıqlayıb Ötən ay qurum ümumilikdə 118 investor üzrə 52,4 milyon manat və 22,1 milyon ABŞ dolları ödəniş edib
Maliyyə
8 Aprel , 2021 17:15
Milli Depozit Mərkəzi mart ayında kupon ödənişlərinin məbləğini açıqlayıb

Milli Depozit Mərkəzi bu il mart ayında ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb.

"Report"un məlumatına görə, ötən ay qurum ümumilikdə 118 investor üzrə 52,4 milyon manat və 22,1 milyon ABŞ dolları ödəniş edib.

Ödənişlər Maliyyə Nazirliyi, “AzerGold” QSC, "Bank BTB" və "Unibank" ASC-lər, "PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi "PAŞA Yatırım Bankası", "Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT) və “Ferrum Kapital” MMC üçün həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi