Millət vəkili: "Qarabağda mikromaliyyə sektoru üçün yaxşı imkan yaranıb"

Millət vəkili: "Qarabağda mikromaliyyə sektoru üçün yaxşı imkan yaranıb" “Ölkə prezidentinin işğaldan azad olunmuş ərazilərdə "smart kənd" və "smart şəhər" ideyaları ətrafında rəqəmsal iqtisadiyyatın qurulması ilə bağlı çağırışları var"
Maliyyə
25 Fevral , 2021 11:08
Millət vəkili: Qarabağda mikromaliyyə sektoru üçün yaxşı imkan yaranıb

“Ölkə prezidentinin işğaldan azad olunmuş ərazilərdə "smart kənd" və "smart şəhər" ideyaları ətrafında rəqəmsal iqtisadiyyatın qurulması ilə bağlı çağırışları var. Təbii ki, mikromaliyyə təşkilatları üçün çox yaxşı imkan yaranıb".

“Report” xəbər verir ki, bunu "Pandemiya sonrası perspektivlər: Rəqəmsallaşmaya doğru" mövzusunda onlayn keçirilən 10-cu Azərbaycan Mikromaliyyə Konfransında, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə deyib.

"Mikromaliyyə sektorunun Qarabağda qurulacaq iqtisadiyyatda öz sözünü deməsinin vaxtıdır. Nəzərə almaq lazımdır ki, orada hər şey dağıdılıb, nəinki iqtisadiyyat, ümumiyyətlə, hər şey yenidən qurulmalıdır, o cümlədən torpaq islahatları yenidən aparılmalıdır. Çünki 1996-cı ildə ölkəmizdə torpaq islahatı aparılarkən o ərazilər işğal altında olduğu üçün prosesdən kənarda qalıb. Qarabağda o cümlədən kiçik sahibkarlığın inkişafı, dəstəklənməsi ilə bağlı biz əməli fəaliyyətimizi göstərməliyik. Bu, həm ora köçən kiçik sahibkarlara dəstək deməkdir, həm də Qarabağın iqtisadiyyatının ölkə iqtisadiyyatına inteqrasiyasını həll edəcək”.

Son xəbərlər

Orphus sistemi