MİDA-nın tabeliyindəki şirkət ötən il 2 milyon manata yaxın xalis mənfəət əldə edib

MİDA-nın tabeliyindəki şirkət ötən il 2 milyon manata yaxın xalis mənfəət əldə edib Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki MİDA MMC 2023-cü ili 1,756 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
17 Sentyabr , 2024 13:01
MİDA-nın tabeliyindəki şirkət ötən il 2 milyon manata yaxın xalis mənfəət əldə edib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki MİDA MMC 2023-cü ili 1,756 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 20,6 % azdır.

Ötən il kommersiya qurumunun müştərilərlə müqavilələrdən gəlirləri 122,015 milyon manat (əvvəlki ilə nisbətən 36,6 % çox), satışının maya dəyəri 102,088 milyon manat (45,3 % çox), sair əməliyyat gəlirləri 583 min manat (21,6 % az), ümumi və inzibati xərcləri 16,011 milyon manat (10,8 % çox), maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərəri 262 min manat (2,1 dəfə çox), maliyyə gəlirləri 1,393 milyon manat (17,1 % az), maliyyə xərcləri 4 milyon manat (0,4 % çox), digər gəlirləri 586 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri isə 460 min manat (36,6 % az) təşkil edib.

Bu il yanvarın 1-nə MMC-nin aktivləri 641,633 milyon manat olub ki, bu da illik müqayisədə 43,2 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,8 % artaraq 220,028 milyon manata, balans kapitalı isə 80,2 % artaraq 421,605 milyon manata çatıb.

Xatırladaq ki, MİDA MMC 11 aprel 2016-cı ildə yaradılıb, 17 may 2016-cı ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi