MİDA borc qiymətli kağızlarına investisiyalarını kəskin artırıb

MİDA borc qiymətli kağızlarına investisiyalarını kəskin artırıb Bu il yanvarın 1-nə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) borc qiymətli kağızlara investisiyaları 201,568 milyon manat təşkil edib.
Maliyyə
7 Sentyabr , 2022 17:32
MİDA borc qiymətli kağızlarına investisiyalarını kəskin artırıb

Bu il yanvarın 1-nə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) borc qiymətli kağızlarına investisiyaları 201,568 milyon manat təşkil edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 83,4% çoxdur.

Hesabat dövründə bu investisiyaların Agentliyin aktivlərindəki xüsusi çəkisi 33,2%-dən 37,6%-ə çatıb.

MİDA ölkə prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 100 milyon manatdır. Agentliyin əsas məqsədi ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir. Bununla yanaşı, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, vətəndaşların güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə qurumun tabeliyində “MİDA” MMC yaradılıb.

Son xəbərlər

Orphus sistemi