MİDA 21 milyon manatlıq 2 tenderə yekun vurub

MİDA 21 milyon manatlıq 2 tenderə yekun vurub Tenderlərin qalibləri “19 saylı Tikinti Təmir İdarəsi” və “Enerji Qrup” MMC-lərdir
Maliyyə
117
14 Aprel , 2021 14:01
MİDA 21 milyon manatlıq 2 tenderə yekun vurub

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC sahəxarici və sahədaxili su təchizatı, təsərrüfat-məişət kanalizasiya şəbəkəsi, suvarma sistemi və mövcud kanalizasiya xətlərinin köçürülməsi (1), eləcə də sahəxarici və sahədaxili elektrik enerjisi təminatı (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq “19 saylı Tikinti Təmir İdarəsi” və “Enerji Qrup” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 5 922,1 min manat və 15 238,45 min manat, ümumilikdə isə 21 160,6 min manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi