“Microsoft”un xalis mənfəəti 31% artıb

“Microsoft”un xalis mənfəəti 31% artıb IT nəhəngi “Microsoft Corp.”un xalis mənfəəti 2020-2021-ci maliyyə ilinin ilk yarısının yekununda 29,356 milyard ABŞ dolları təşkil edib.
Maliyyə
27 Yanvar , 2021 11:55
“Microsoft”un xalis mənfəəti 31% artıb

IT nəhəngi “Microsoft Corp.”un xalis mənfəəti 2020-2021-ci maliyyə ilinin 31 dekabr 2020-ci il tarixində sona çatan ilk yarısının yekununda illik nisbətdə 31% artıb və 29,356 milyard ABŞ dolları təşkil edib.

“Report” “Prime”a istinadən xəbər verir ki, hesabat dövründə hər səhm üçün seyrəltilmiş mənfəət 3,85 ABŞ dolları təşkil edib. Ötən il bu göstərici 2,9 ABŞ dollarına bərabər idi. Şirkətin maliyyə ilinin ilk yarısındakı gəliri illik ifadədə 14,7% artaraq 80,23 milyard ABŞ dollarına çatıb.

Maliyyə ilinin ikinci rübünün yekunlarına görə, “Microsoft”un xalis mənfəəti əvvəlki maliyyə ilinin eyni dövrü ilə müqayisədə 32,7% artaraq 15,463 milyard ABŞ dolları təşkil edib. Hər səhm üçün seyrəltilmiş mənfəət illik müqayisədə 1,51 ABŞ dollarından 2,03 ABŞ dollarına yüksəlib. Gəlir illik ifadədə 16,7% artaraq 43,076 milyard ABŞ dollarına yüksəlib.

Maliyyə hesabatı dərc edildikdən sonra və ABŞ birjalarında ticarət əməliyyatları açılana qədər şirkətin səhmləri 3,7% bahalaşıb.

Son xəbərlər

Orphus sistemi