“MFX-Trading İnvestisiya Şirkəti”nin zərəri 4 dəfədən çox artıb

Maliyyə
  • 11 aprel, 2022
  • 13:23
“MFX-Trading İnvestisiya Şirkəti”nin zərəri 4 dəfədən çox artıb

“MFX-Trading İnvestisiya Şirkəti” ASC 2021-ci ili 218 min manat zərərlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 4,1 dəfə çoxdur.

Bu il yanvarın 1-nə “MFX-Trading"in aktivləri 503 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,6% çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 0,9 % artaraq 4 min manata, balans kapitalı isə 11,7% artaraq 499 min manata çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “MFX-Trading İnvestisiya Şirkəti”ni 2020-ci ilin avqust ayında dövlət qeydiyyatına alıb. Yeni maliyyə qurumu “Muğan Bank” ASC-nin "Veraj” şöbəsinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 179 a ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbdən 200 min manat çox – 500 min manat, qanuni təmsilçisi Zahir Dünyamalı oğlu Abdullayev, Müşahidə Şurasının sədri İbrahim Ziyad oğlu Səfərzadə, üzvləri isə İdris Elman oğlu Məmmədov və Anar Malik oğlu Təhməzovdur.