Məşhur elektronika şirkətinin yeni istiqrazlarına 6 investor maraq göstərib
- 09 dekabr, 2021
- 11:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün "Bakı Fond Birjası" QSC-də “Optimal Elektronika” MMC-nin 2,5 milyon manat dəyərində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report” bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 2 500 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz çıxarılıb. Qiymətli kağızlar standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub.
İstiqrazlara 6 investor ümumi məbləği 2,5 milyon manat təşkil edən 6 sifariş təqdim edib və yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 18 ay müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 12%-dir. Faizlər 6 aydan bir ödəniləcək. Prosesin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir.
Emintentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.