"Merkuri" istiqrazlarının gəlirliliyini artırıb

"Merkuri" istiqrazlarının gəlirliliyini artırıb Bakı. 20 iyun. REPORT.AZ/ “Merkuri” MMC bank olmayan kredit təşkilatı (BOKT) dövlət qeydiyyat nömrəsi AZ2001019754, hər birinin nominal dəyəri 500 ...
Maliyyə
20 İyun , 2017 11:47
Merkuri istiqrazlarının gəlirliliyini artırıb

Bakı. 20 iyun. REPORT.AZ/ “Merkuri” MMC bank olmayan kredit təşkilatı (BOKT) dövlət qeydiyyat nömrəsi AZ2001019754, hər birinin nominal dəyəri 500 manat olan 3 min ədəd faizli, təmin edilməmiş istiqrazlarının illik faiz dərəcəsini 15%-dən 19%-ə qaldırıb.

“Report” Bakı Fond Birjasına istinadən xəbər verir ki, bununla bağlı qərar BOKT-un təsisçilərinin martın 15-də keçirilmiş ümumi yığıncağında qəbul edilib.

Xatırladaq ki, "Merkuri" MMC 2012-ci ildə yaradılıb. Onun nizanmamə kapitalı 823 min manatdır. BOKT-un təsisçiləri hər biri 50% payla Səbuhi Məmmədsani oğlu Əzizov və Təranə Qəzənfər qızı Məmmədovadır.

Son xəbərlər

Orphus sistemi