“Merkuri” BOKT-un xalis mənfəəti 16 % azalıb

Maliyyə
  • 13 iyun, 2023
  • 13:08
“Merkuri” BOKT-un xalis mənfəəti 16 % azalıb

“Merkuri” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 60 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 15,5 % azdır.

Ötən il “Merkuri”nin vergiyəqədərki mənfəəti 74 min manat (əvvəlki ilə nisbətən 14 % az), mənfəət vergisi ödəmələri isə 15 min manat (dəyişməyib) təşkil edib.

Bu il yanvarın 1-nə “Merkuri”nin aktivləri 5,724 milyon manat olub ki, bu da illik müqayisədə 48,9 % çoxdur. Bunun 5,028 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 57 % böyüyüb.

Hesabat dövründə “Merkuri”nin öhdəlikləri 64,3 % artaraq 5,048 milyon manata çatıb, balans kapitalı isə 12,5 % azalaraq 676 min manata düşüb.

Xatırladaq ki, “Merkuri” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 823 min manatdır. BOKT-un səhmdarları hər biri 50% payla Məmməd Məmmədov və Səbuhi Əzizovdur.

Son xəbərlər

Bütün Xəbər Lenti