"Merkuri" QSC bank olmayan kredit təşkilatı (BOKT) 30 oktyabr 2015-ci ildə "Bakı Fond Birjası" QSC-də 1 800 gün müddətinə yerləşdirdiyi istiqrazların tədavül müddətini daha 1 800 gün artıraraq 3 600 günə çatdırıb.
"Report" xəbər verir ki, bununla bağlı qərar BOKT-un təsisçilərinin sentyabrın 26-da keçirilmiş növbəti ümumi yığıncağında qəbul edilib və istiqrazların emissiya prospektinə dəyişiklik olunub.
Xatırladaq ki, "Merkuri" dövriyyəyə hər birinin nominal dəyəri 500 manat olan 3 min ədəd (1,5 milyon manatlıq) faizli, təmin edilməmiş istiqrazlar buraxıb. Qiymətli kağızların illik gəlirliliyi əvvəlcə 15% müəyyən edilsə də, 2017-ci ildə 19%-ə qaldırılıb. Faizlər rüblük ödənilir.
Qeyd edək ki, “Merkuri” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 823 min manatdır. BOKT-un səhmdarları hər biri 50% payla İlqar Quluzadə və Səbuhi Əzizovdur.