Mərkəzi Klinik Xəstəxana sığortaçı seçir

Maliyyə
  • 10 fevral, 2018
  • 11:25
Mərkəzi Klinik Xəstəxana sığortaçı seçir

Bakı. 10 fevral. REPORT.AZ/ “Mərkəzi Klinik” MMC 2018-ci ildə Mərkəzi Klinik Xəstəxananın əmlakının və 3-cü şəxslər qarşısında mülki məsuliyyətinin icbari sığortası üzrə açıq tender elan edib.

“Report” xəbər verir ki, tender 5 lot üzrə keçirilir.

Lotlardan 4-ü klinikanın inzibati binalarının, manual tibbi avadanlıqlarının, elektron cihazlarının və nəqliyyat vasitələrinin sığortalanması, 1-i isə mülki məsuliyyətin sığortalanması ilə bağlıdır.

Tenderdə iştirak haqqı 200 manatdır. İddiaçılar lazımi sənədləri martın 2-nə qədər, tender təklifi və onun dəyərinin 5%-i qədər bank təminatını isə martın 6-na qədər klinikanın hüquq şöbəsinə (Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 76 ünvanına) təqdim etməlidirlər. Əlaqələndirici şəxs Orxan Abbasbəylidir (tel.: (012) 492-10-92, daxili 12 11).

Təkliflərə martın 9-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndərləri tender prosedurunda iştirak edə bilərlər. Qiymətləndirmə zamanı qanunvericiliyə uyğunluq, səmərəlilik, maliyyə və texniki imkanlar, xidmətin keyfiyyəti kimi meyarlara üstünlük veriləcək. 

44 filmi