Mərkəzi Banka məxsus inzibati binalarda təmir-bərpa işləri görüləcək

Mərkəzi Banka məxsus inzibati binalarda təmir-bərpa işləri görüləcək Kotirovka sorğusu üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən əldə etmək olar
Maliyyə
2 Noyabr , 2016 09:31
Mərkəzi Banka məxsus inzibati binalarda təmir-bərpa işləri görüləcək

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı AMB-yə məxsus inzibati binalarda təmir-bərpa işlərinin görülməsi üzrə kotirovka sorğusu elan edib.

"Report" bu barədə rəsmi qəzetə istinadən xəbər verir.

Kotirovka sorğusu üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən əldə etmək olar. Kotirovka sorğusu üçün möhürlənmiş və imzalanmış təklif zərfləri 10 noyabr 2016-cı il saat 17.00-dək əlaqələndirici şəxs tərəfindən qəbul ediləcək və 11 noyabr 2016-cı il saat 10.00-da Mərkəzi Bankın inzibati binasında açılacaq.

Kotirovka sorğusu ilə bağlı əlavə məlumat almaq üçün 493 11 22 (daxili 484) nömrəli telefonla əlaqə saxlamaq olar (əlaqələndirici şəxs Ramin İsgəndərov).

Son xəbərlər

Orphus sistemi