Mərkəzi Bank “qara bazar”da valyuta mübadiləsi ilə bağlı xəbərdarlıq etdi

Mərkəzi Bank “qara bazar”da valyuta mübadiləsi ilə bağlı xəbərdarlıq etdi Müvafiq lisenziya olmadan valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi qanunvericiliyin tələblərinə ziddir
Maliyyə
3794
26 Dekabr , 2020 11:24
Mərkəzi Bank “qara bazar”da valyuta mübadiləsi ilə bağlı xəbərdarlıq etdi

Ölkədə valyuta satışı üzrə “qara bazar”ın fəaliyyət göstərməsi ilə bağlı ictimaiyyətdə yayılan yalnış firkilərə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) qanunvericiliklə nəzərdə tutulmuş qaydada valyuta mübadiləsi fəaliyyəti üzrə lisenziyaya malik olan banklar və valyuta mübadiləsi məntəqələri üzərində nəzarəti həyata keçirir.

Bu barədə "Report"a AMB-dən bildirilib.

Məlumatda həmçinin qeyd olunub ki, müvafiq lisenziya olmadan valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi qanunvericiliyin tələblərinə ziddir və bu fəaliyyətin qarşısının alınması səlahiyyətli orqanlar tərəfindən təmin edilir.

Son xəbərlər

Orphus sistemi