Azərbaycan Mərkəzi Bankı 10 poçt filialının bank lisenziyasını ləğv edib
Maliyyə
- 10 dekabr, 2024
- 11:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin 10 filialının bank fəaliyyəti üçün lisenziyasını ləğv edib.
“Report” bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, lisenziyası ləğv edilən poçt filialları Abşeron, Qəbələ, Qobustan, Balakən, Oğuz, Qax, Naftalan, Daşkəsən, Göygöl və Samuxda yerləşirlər.
Bununla da bank lisenziyası olan poçt filiallarının sayı 28-ə düşüb.
AMB sonuncu dəfə işğaldan azad edilmiş ərazilərdə yerləşən “Azərpoçt” MMC-nin Xankəndi filialına bank fəaliyyəti üçün lisenziya vermişdi.
Son xəbərlər
06:48
Britaniya yeni döyüş gəmilərinin istehsalını sürətləndirməyi nəzərdən keçirir
Digər ölkələr
06:17
ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib
Digər ölkələr
05:44
Rusiya FHN-nin mobil tətbiqi kiberhücuma məruz qalıb
Region
05:08
Çin Afrikaya müasir silahların tədarükünü genişləndirir
Digər ölkələr
04:39
Serbiyada təkrar parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Digər ölkələr
04:13
İsrail Prezidenti partiya liderləri ilə məsləhətləşmələrə başlayacaq
Digər ölkələr
03:42
Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərilib
Digər ölkələr
03:27
Tramp: ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır
Digər ölkələr
02:30
Antonelli "Formula 1" tarixinin ən gənc çempionu olub
Formula 1