Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Xankəndi şəhərində filial açan ilk sığorta şirkəti “Meqa Sığorta” və “Meqa Həyat Sığorta” ASC-lər oldu.
Noyabrın 23-də "Meqa Sığorta" və "Meqa Həyat Sığorta" şirkətlərinin rəhbər heyəti Xankəndi şəhərində “Qarabağ” filialının açılışını edib. Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən hüquqi şəxslərə və fərdi müştərilərə xidmət göstərəcək yeni filial həm həyat, həm də qeyri-həyat sığortası məhsulları təqdim edəcək.
Yeni "Qarabağ" filialı müştərilərə istər icbari, istərsə də könüllü sığorta məhsullarının əlçatanlığını təmin etmək, eləcə də, yüksək səviyyədə keyfiyyətli xidmət göstərmək üçün bütün zəruri şərait və imkanlarla təmin edilib.
Açılış mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları da iştirak edib.
“Meqa Sığorta” 2010-cu ildən fəaliyyət göstərir, fiziki və hüquqi 37 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100 % səhmdarı olduğu “Meqa Həyat Sığorta” vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 16 filial və nümayəndəlik şəbəkəsi və *8778 Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir, sığorta yığımlarına, sığorta ödənişlərinə və məcmu kapitalınına görə sığorta bazarının lider şirkətlərindən biridir.
Nizamnamə kapitalı 11 milyon manat olan “Meqa Həyat Sığorta” isə 2021-ci ildə Azərbaycan Mərkəzi Bankının verdiyi həyat sığortası xidmətləri göstərməyə icazə verən lisenziya əsasında fəaliyyətə başlayıb. Şirkət həyat sığortası üzrə fiziki və hüquqi şəxslərə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari həyat sığorta, kredit həyat sığortası, ipoteka həyat sığortası, həyatın yaşam sığortası, korporativ həyat sığortası və sağalmaz xəstəliklərdən sığorta xidmətlərini təklif edir.