“Meqa Sığorta”nın xalis mənfəəti 8 %-dən çox artıb

Maliyyə
  • 19 mart, 2025
  • 15:54
“Meqa Sığorta”nın xalis mənfəəti 8 %-dən çox artıb

“Meqa Sığorta” ASC 2024-cü ili 2,724 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 8,3 % çoxdur.

Ötən il “Meqa Sığorta”nın gəlirləri 36,452 milyon manat (əvvəlki ilə nisbətən 25,5 % çox), xərcləri 33,047 milyon manat (27,5 % çox), mənfəət vergisi ödəmələri isə 681 min manat (9,3 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Meqa Sığorta”nın aktivləri 56,584 milyon manat olub ki, bu da illik müqayisədə 9,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 22,4 % artaraq 27,366 milyon manata çatıb, balans kapitalı isə 0,5 % azalaraq 29,219 milyon manata düşüb.

Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19 %-i Rauf Əliyevə (“Rabitəbank” ASC-nin 30 %-lik səhmdarı), 19 %-i Nəzakət İsmayılovaya, 19 %-i Zaur Quliyevə, 14 %-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10 %-i Zeynal Əliyevə, 10 %-i Faiq Şahəliyevə, 9 %-i isə Yaşar Əliyevə məxsusdur.